...

Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirilib – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev (FOTO)

Cəmiyyət Materials 22 İyul 2010 21:11 (UTC +04:00)
Son illər kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirilib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cümə axşamı Azərbaycan mətbuatının 135 illiyinə həsr olunan təntənəli tədbirdə bildirib.
Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirilib – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir S.Əliyev/

Son illər kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirilib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cümə axşamı Azərbaycan mətbuatının 135 illiyinə həsr olunan təntənəli tədbirdə bildirib.

"Son illər kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin işinin qiymətləndirilməsi üzrə tədbirlər xeyli genişləndirilib", - o deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamına əsasən "Azərbaycan" redaksiyasının 400 min manat məbləğində olan borcu dövlət büdcəsindən ödənilib", - o qeyd edib.

"2005-ci ildən indiyədək KİV-in üç yüzə yaxın əməkdaşı dövlət mükafatlarına və fəxri fərmanlara layiq görülüb. 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə iki min manat ayrılıb. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə beş min manat ayrılıb. 2009-cu ildə 39 qəzet redaksiyasına dövlət yardımı şəklində 10 min manat verilib", - Mehdiyev vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən 31 iyun 2008-ci il tarixdə imzalanan sərəncam söz və informasiya azadlığının təmin edilməsində KİV-ə dövlət dəstəyi üzrə kompleks tədbirləri nəzərdə tutan mühüm sənəddir.

"Konsepsiyada əks olunan məsələlərin həlli üçün 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaitlər ayrılıb və gələcəkdə bu sahəyə lazımi diqqət yetiriləcək", - Mehdiyev qeyd edib.

"Söz və informasiya azadlığının təmin edilməsi üçün aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərq ölkələri arasında lider mövqelərdən birini tutur", - o bildirib.

Onun sözlərinə görə, ölkədə Ədliyyə Nazirliyində qeydiyyata alınan 4200-dən çox KİV, qeydiyyatdan keçən 50-dən çox agentlik fəaliyyət göstərir, respublikada 36 gündəlik, 100-ə yaxın həftəlik və 80-ə yaxın aylıq qəzet buraxılır.

"Azərbaycanda fikir, söz və informasiya azadlığı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun və demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti gələcəkdə də demokratiyanın inkişafı sahəsindəki öhdəliklərin yerinə yetirilməsini davam etdirmək niyyətindədir", - Mehdiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti