...

Azərbaycanda meşə yanğınlarının qarşısı alınıb

Cəmiyyət Materials 4 Avqust 2010 18:28 (UTC +04:00)
Azərbaycanda meşə yanğınlarının qarşısı alınıb. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda meşə yanğınlarının qarşısı alınıb

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda meşə yanğınlarının qarşısı alınıb. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Quba rayonunun Talabıqışlaq bələdiyyəsinin Küçeyi kəndi ərazisində yanğın hadisəsi baş verib. Yanğın torpaq mülkiyyətçilərinə məxsus taxılı biçilmiş kövşənlik və bələdiyyə fonduna aid 25 hektar quru ot və kol-kos sahələrini əhatə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Quba və Şabran rayonlarının dövlət yanğından mühafizə dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində yanğın operativ şəkildə söndürülüb və onun yaxınlıqda olan meşəyə keçməsinin qarşısı tam alınıb.

Daha bir yanğın hadisəsi Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində naməlum səbəbdən baş verib və 0,9 hektar ərazini əhatə edib.

Yanğın ETSN-in yerli qurumlarının və yerli sakinlərin köməkliyi ilə operativ şəkildə söndürülüb, meşə fonduna ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti