...

Həftəsonu Azərbaycanda yağıntı gözlənilmir – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 7 Oktyabr 2010 12:42 (UTC +04:00)
Həftəsonu Azərbaycanda havanın temperaturu yüksələcək, ölkə ərazisində yağıntı gözlənilmir. Bu barədə Trend-ə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
Həftəsonu Azərbaycanda yağıntı gözlənilmir – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Həftəsonu Azərbaycanda havanın temperaturu yüksələcək, ölkə ərazisində yağıntı gözlənilmir. Bu barədə Trend-ə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, həftənin son günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və yağış yağmayacaq.

Hidrometeoroloji Xidmətin məlumatına görə, Bakıda və yarımadada havanın temperaturu 21-24 dərəcə, regionlarda 20-25 dərəcə isti olacaq.

Cümə axşamı və cümə günü ölkə ərazisində yağış yağacaq, bəzi yerlərdə yağıntılar intensiv olacaq. Yağıntıların oktyabrın 8-də günün ikinci yarısında kəsəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti