...

Azərbaycan baytarlıq diaqnostikası sahəsində Mavritaniyaya kömək edəcək

Cəmiyyət Materials 7 Oktyabr 2010 16:12 (UTC +04:00)
Azərbaycan baytarlıq diaqnostikası sahəsində Mavritaniyaya kömək edəcək. Bu barədə cümə axşamı Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyib.
Azərbaycan baytarlıq diaqnostikası sahəsində Mavritaniyaya kömək edəcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan baytarlıq diaqnostikası sahəsində Mavritaniyaya kömək edəcək. Bu barədə cümə axşamı Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyib.

"Azərbaycan baytarlıq sahəsində böyük nailiyyətlər qazanıb, mütəxəssislərimiz dünyanın aparıcı ölkələrində biliklərini artırırlar. Mövcud faktoru nəzərə alaraq demək olar ki, Azərbaycan baytarlıq diaqnostikası sahəsində Mavritaniyaya yardım göstərmək gücündədir", - Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Xidməti Azərbaycanın bütün ərazisində baytarlığa nəzarət edir.

Cümə axşamı Aqrar siyasət komitəsinin iclasında baytarlıq, həmçinin bitkilərin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikasının hökumətləri arasında imzalanmış sazişin parlamentin sessiyasında müzakirəsi olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti