...

Azərbaycanda hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu başlayacaq

Cəmiyyət Materials 20 Dekabr 2010 19:38 (UTC +04:00)
Hakimlərin Seçki Komitəsinin iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin növbəti qəbulunun başlanılması qərara alınıb.
Azərbaycanda hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu başlayacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Hakimlərin Seçki Komitəsinin iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin növbəti qəbulunun başlanılması qərara alınıb. Bu barədə bazar ertəsi Komitənin məlumatında deyilir.

Azərbaycanda hakim vəzifəsinə namizədlərin tam şəffaf üsullarla, müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi qaydası müəyyən olunub. Yeni prosedurlar əsasında son 3 il ərzində 2200 namizəd sırasından 235 nəfər, o cümlədən cari ildə 78 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra dövlət başçısı tərəfindən hakim vəzifələrinə təyin ediliblər.

Hakimliyə namizədlərin sənədləri 21 dekabr 2010-cu il tarixdən Komitə tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə, Hakimlərin Seçki Komitəsinin inzibati binası).

Xəbər lenti

Xəbər lenti