Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə Bakıda və onun ətrafında 2 milyonadək ağac və kol bitkisi əkib. Bu barədə Trend-ə çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Ümumilikdə, payız mövsümündə Azərbaycanda 4 843 000-dən artıq ağac və kol əkilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondunun torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin tinglik sahələrində yetişdirilib.