...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi "quş qripi" ilə bağlı monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 21 Yanvar 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) "quş qripi" ilə bağlı monitorinqin nəticələrini açıqlayıb.

KTN-nin Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 10-dan "quş qripi" xəstəliyinə görə ölkə ərazisində başlanmış ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 23 baş çöl quşunun patoloji materialı, respublikanın ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1368 baş ev quşunun qan nümunələri, eləcə də 23 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib.

Dövlət Baytarlıq Xidməti ardıcıl olaraq ölkə ərazisində monitorinqləri davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 31-də başlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti