...

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Cəmiyyət Materials 10 Fevral 2011 11:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, fevralın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, səhər yarımadanın bəzi yerlərində havanın çiskinli, günün ikinci yarısında isə yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, fevralın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, səhər yarımadanın bəzi yerlərində havanın çiskinli, günün ikinci yarısında isə yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə, günün birinci yarısında 4-7 dərəcə, axşam 2 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 11-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi rayonlarda yağıntıların intensiv olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Azərbaycanın rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraitinin davam etməsi, atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal və cənub küləyinin bir-birini əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti

Xəbər lenti