...

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Cəmiyyət Materials 1 Mart 2011 17:00 (UTC +04:00)
DMX-dən Trend-ə verilən məlumata görə, martın 1-dən aprelin 8-dək davam edəcək sənəd qəbulu yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar üçün aparılır.
Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edilib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqə elan edib.

DMX-dən Trend-ə verilən məlumata görə, martın 1-dən aprelin 8-dək davam edəcək sənəd qəbulu yalnız vakant vəzifələrin tələblərinə cavab verən vətəndaşlar üçün aparılır.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidməti Aparatının inzibati binasına - Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi, 202 ünvanına təqdim etməlidirlər.

Müsabiqəyə çıxarılmış vakant vəzifələr haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) əldə etmək olar.

Xarici dil biliklərinə malik olan vətəndaşlara müsabiqədə üstünlük verilir.

Xəbər lenti

Xəbər lenti