...

Azərbaycanda tibb işçilərinin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır - deputat

Cəmiyyət Materials 15 Mart 2011 17:38 (UTC +04:00)
Azərbaycanda tibb işçilərinin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır.
Azərbaycanda tibb işçilərinin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır - deputat

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda tibb işçilərinin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev parlamentin çərşənbə axşamı keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, tibb işçilərinin maaşlarının artırılması məsələsi hazırda aktual məsələlərdən biridir.

"Əgər bu məsələ vaxtında həll olunmasa və tibb işçilərinin aylıq maaşları respublika səviyyəsində orta aylıq maaşa çatdırılmasa, özəl müəssisələrlə dövlət tibb müəssisələrində maaş arasında çox böyük disbalans yaranacaq və yaxşı mütəxəssislərin özəl müəssisələrə axın etməsi təhlükəsi olacaq", - Quliyev bildirib.

Eyni zamanda, millət vəkili hökumətin 2010-cu il üçün hesabatını qiymətləndirərkən qeyd edib ki, ötən il Azərbaycanda xeyli sayda tibb müəssisəsi istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti