...

Ombudsman Aparatının əməkdaşları 11 mart aksiyaları zamanı saxlanılan şəxslərə baş çəkiblər

Cəmiyyət Materials 19 Mart 2011 19:42 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 11 mart aksiyaları zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçirmişlər.
Ombudsman Aparatının əməkdaşları 11 mart aksiyaları zamanı saxlanılan şəxslərə baş çəkiblər

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 11 mart aksiyaları zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçirmişlər. Bu barədə Ombudsman Aparatının press-relizində bildirilir.

Press-relizə əsasən, başçəkmə zamanı saxlanılan şəxslərdən bir qismi təkbətək görüşdən imtina etsələr də, saxlanma şəraiti və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını bildirmişlər. Bununla yanaşı, saxlanılanlardan bəziləri məhkəmə qərarlarının surətinin onlara verilməsini xahiş etmiş, bu məsələnin həll edilməsi Ombudsmanın nümayəndələri tərəfindən məntəqə rəhbərliyinin nəzərinə çatdırılmış və təmin edilmişdir.

Həmin məntəqədə saxlanılanlardan Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunmuş Cavad Rüstəmovla söhbət zamanı o, 8 mart 2011-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qaldığını və nəticədə ayağından xəsarət aldığını bildirmişdir.

C.Rüstəmovun bədəninə baxış zamanı onun sol ayağının diz və baldır nahiyələrində qançırlar müəyyən edilmişdir.

Ombudsman Daxili İşlər nazirinə məktubla müraciət edərək, qeyd edilən halın tam və hərtərəfli yoxlanılmasını, təsdiq olunduğu təqdirdə qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir.

Xəbər lenti

Xəbər lenti