...

İtaliya paytaxtında Novruz bayramı qeyd olunub

Cəmiyyət Materials 22 Mart 2011 14:18 (UTC +04:00)
İtaliyanın paytaxtı Roma şəhərində fəaliyyət göstərən "Nizami" Azərbaycan Mədəniyyəti Assosiasiyası Novruz bayramı münasibətilə ziyafət təşkil edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
İtaliya paytaxtında Novruz bayramı qeyd olunub

Azərbaycan, Bakı, 22 mart /Trend/

İtaliyanın paytaxtı Roma şəhərində fəaliyyət göstərən "Nizami" Azərbaycan Mədəniyyəti Assosiasiyası Novruz bayramı münasibətilə ziyafət təşkil edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Romada yaşayan yüzə yaxın soydaşımız, eləcə də onların ölkəmizlə maraqlanan italiyalı dostları ziyafətdə iştirak edib.

Assosiasiyanın rəhbəri Aynur Əliyeva tədbiri açaraq, Novruz bayramının xalqımızın ən qədim bayramlarından olduğunu qeyd edib, onun adət-ənənələrindən danışıb. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruz bayramının artıq beynəlxalq səviyyədə tanındığını vurğulayıb, onun YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi və BMT Baş Assambleyası tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi qərarı barədə qonaqları məlumatlandırıb.

Ziyafət iştirakçılarına Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsert də təqdim edilib, Bakıdan İtaliyaya gəlmiş muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr göstəriblər.

Xəbər lenti

Xəbər lenti