...

Sabah Azərbaycanda anomal hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 20 Aprel 2011 12:20 (UTC +04:00)
Sabah Azərbaycanda havalar soyuq keçəcək.
Sabah Azərbaycanda anomal hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Sabah Azərbaycanda havalar soyuq keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 21-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti