...

Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünyaya çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir - Yaqub Mahmudov

Cəmiyyət Materials 28 Aprel 2011 11:33 (UTC +04:00)
Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir.
Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünyaya çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir - Yaqub Mahmudov

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan həqiqətlərinin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması alimlərin üzərinə düşən vacib məsələlərdən biridir. Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, son illər Qarabağın tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi ilə bağlı ciddi elmi əsərlər nəşr olunur və bu nəşrlərdə erməni saxtakarlığı tarixi faktlarla ifşa edilir.

"Görülən işlər Prezident İlham Əliyevin informasiya mübarizəsində hücum xəttində olmağımızla bağlı tövsiyəsinə uyğun şəkildə həyata keçirilir. AMEA-nın illik ümumi yığıncağında dövlət başçısı bir daha bu məsələni vurğuladı və tarix elminin daha da inkişafı istiqamətində öz tövsiyələrini verdi. Bu tövsiyələrdən irəli gələrək, Azərbaycan həqiqətlərinin dərin elmi əsaslarla işlənməsi, yeni əsərlərin nəşr olunması istiqamətində səylərimizi daha da artıracağıq. Bu nəşrlərin xarici dillərə tərcümə olunaraq dünyada yayılması da qarşımızda duran ciddi məsələdir", - Mahmudov vurğulayıb .

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti