...

Şəkidə milli atüstü oyunlar festivalı başlayır

Cəmiyyət Materials 6 May 2011 16:15 (UTC +04:00)
Mayın 6-dan 10-dək Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti milli atüstü oyunlar festivalı öz işinə başlayır.
Şəkidə milli atüstü oyunlar festivalı başlayır

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 6-dan 10-dək Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti milli atüstü oyunlar festivalı öz işinə başlayır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festival Azərbaycanın qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması məqsədilə təşkil olunur. Bu tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2006-cı ildən keçirilir.

Festival çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə keçiriləcək.

2010-cu ilin dekabrında keçirilmiş Prezident kuboku uğrunda V milli çövkən oyununun nəticəsinə əsasən bu dəfə iştirakçı komandalar üç - "A" qrupu - Ağdam, Zaqatala, Goranboy, "B" qrupu - Şəki, Qax, İsmayıllı, "C" qrupu - Oğuz, Balakən, Yevlax qrupuna bölünüb.

Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları ilə təltif olunacaq.

Xəbər lenti

Xəbər lenti