...

Avroviziya 2012 müsabiqəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq - komitə sədri Nizami Cəfərov

Cəmiyyət Materials 15 May 2011 15:25 (UTC +04:00)
Azərbaycanın mədəniyyət tədbirlərinin təşkilində uğurları və təcrübəsi kifayət qədər çoxdur. Avroviziya 2012 müsabiqəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq, bunu bazar günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
Avroviziya 2012 müsabiqəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq - komitə sədri Nizami Cəfərov

Azərbaycan, Bak, 15 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın mədəniyyət tədbirlərinin təşkilində uğurları və təcrübəsi kifayət qədər çoxdur. Avroviziya 2012 müsabiqəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq, bunu bazar günü Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

"Əsas olan odur ki, bu qələbə ardıcıl və dinamik bir xarakter daşıyır. Qısa bir müddət ərzində çıxış etməsinə baxmayaraq bizim komandamız hər zaman fərqlənib. Azərbaycanın mədəniyyət, incəsənət sahəsində dünyaya inteqrasiyası sistemli şəkildə gedir. Dünya mədəniyyəti Azərbaycanda, Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur və mədəniyyətin bütün sahələri üzrə bizim nailiyyətlərimiz var" Cəfərov deyib.

Deputat hesab edir ki, bu gün Bakının mədəniyyətlərarası dialoqlara ev sahibliyi etməsi təsadüfi deyil.

"Eldar və Nİgarın qələbəsi böyük bir nailiyyətdir, Azərbaycanı dünyaya tanıdan böyük hadisədir" deputat əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi uğurda dövlət başçısının, birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətləri var.

"Hər işi təşkil etməkdən çox şey asılıdır. Dövlət başçısının iradəsi mövcud olan yerdə hər cür qələbələr qazanmaq olar" deputat əlavə edib.

Cəfərov mədəniyyət, elm, iqtisadiyyat sahəsində ardıcıl qazanılan nailiyyətin öz davamını hərbi-siyasi sahədə də tapacağına əminliyini vurğulayıb.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.

Xəbər lenti

Xəbər lenti