Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası üçün yeni bina akademiya şəhərçiyində tikiləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.
Onun sözlərinə görə, bu il kitabxana üçün təməlqoyma işlərinin aparılması nəzərdə tutulur.
Kərimov bu işlərin ölkə Prezidenti İlham Əliyevin sərəncamı əsasında görüldüyünü bildirib.
AMEA prezidenti qeyd edib ki, akademiyanın Elm muzeyinin yaradılması ilə bağlı da təklifləri var.