...

Azərbaycanda ziyanverici həşəratların çoxalmasının qarşısı alınıb

Cəmiyyət Materials 25 May 2011 10:45 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Masallı rayonunda aşkarlanmış ziyanverici həşəratların çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısını alıb. Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda ziyanverici həşəratların çoxalmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Masallı rayonunda aşkarlanmış ziyanverici həşəratların çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısını alıb. Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssislərindən ibarət qrup əraziyə baxış keçirib.

Baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan "Dəyişik İpəksarıyan" olduğu müəyyənləşdirilib.

ETSN-in mütəxəssisləri zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilər olan ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçiriblər.

Ziyanvericinin tırtılları əsasən aprel ayının 20-dən sonra yumurtadan çıxaraq meşə sahəsinə yayılmağa başlayır. Belə ki, həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılır.

İbrahimova bildirib ki, hazırda ərazi nəzarət altındadır.

Xəbər lenti

Xəbər lenti