...

Azərbaycan və Almaniya nüvə tədqiqatlarının aparılması üzrə əməkdaşlıq edəcəklər

Cəmiyyət Materials 4 İyun 2011 12:25 (UTC +04:00)
Azərbaycan və Almaniya nüvə tədqiqatlarının aparılması üzrə elmi əməkdaşlıq edəcəklər.
Azərbaycan və Almaniya nüvə tədqiqatlarının aparılması üzrə əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və Almaniya nüvə tədqiqatlarının aparılması üzrə elmi əməkdaşlıq edəcəklər. Bunu şənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, iyunun 5-dən 11-dək Almaniyada elmi səfərdə olacaq. Səfərin məqsədi Almaniyanın nüvə texnologiyası ilə tanış olmaqdır.

Qəribov deyib ki, sonrakı mərhələlərdə Azərbaycan və Almaniya arasında nüvə tədqiqatı üzrə elmi əməkdaşlığın aparılmasını nəzərdə tutan niyyət protokolunun imzalanması gözlənilir.

İnstitut direktorunun sözlərinə görə, iyunun 29-dan iyulun 2-dək Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi üzrə Komissiyasının iclasında da iştirak edəcək.

İclas çərçivəsində MDB-nin 20 illiyinə həsr olunmuş nüvə sərgisi də keçiriləcək.

Sərgidə MDB ölkələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti