...

8-10 ildən sonra Azərbaycanda alternativ enerjinin həcmi inkişaf etmiş ölkələrdəki kimi olacaq - nazir

Cəmiyyət Materials 8 İyul 2011 11:12 (UTC +04:00)
8-10 ildən sonra Azərbaycanda alternativ enerjinin həcmi inkişaf etmiş ölkələrdəki kimi olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
8-10 ildən sonra Azərbaycanda  alternativ enerjinin həcmi inkişaf etmiş ölkələrdəki kimi olacaq - nazir

Azərbaycan, Bakı, 8 iyul /Trend müxbir T. Hacıyev/

8-10 ildən sonra Azərbaycanda alternativ enerjinin həcmi inkişaf etmiş ölkələrdəki kimi olacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazirin sözlərinə görə, artıq bir neçə il əvvəl Ekologiya Nazirliyi Azərbaycanda külək enerjisindən istifadə üzrə xəritə hazırlayıb. "Metroloji məlumatlar uzun illər toplanıb, arxivi təhlil olunub və bunun əsasında xəritə hazırlanıb", - Bağırov əlavə edib.

Bağırov bildirib ki, günəş radiasiyası xəritəsi də hazırlanıb. "Bu xəritələr Sənaye və Energetika Nazirliyinin nəzdində yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə təqdim olunb. Məhz bu xəritələrin əsasında qurulmuş alternativ enerji strategiyası da hazırlanıb",- o deyib.

Nazir Azərbaycanda artıq günəş panelləri zavodunun inşa olunduğunu bildirib. "Külək enerjisi ilə bağlı bir neçə stansiyanın layihələnməsi və tikintisi üzrə iş aparılır", - Bağırov deyib.

"Düşünürəm ki, Azərbaycan özünü başqa ölkələrə nisbətən daha effektiv şəkildə alternativ enerji ilə təmin edə bilər", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti