...

Azərbaycanın Təhsil Nazirliyi gənc futbolçuların yetişdirilməsinə önəm verir

Cəmiyyət Materials 23 İyul 2011 12:02 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi gənc futbolçuların yetişdirilməsinə önəm verir. Bu barədə Trend-ə təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib.
Azərbaycanın Təhsil Nazirliyi gənc futbolçuların yetişdirilməsinə önəm verir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Təhsil Nazirliyi gənc futbolçuların yetişdirilməsinə önəm verir. Bu barədə Trend-ə təhsil nazirinin müavini Elmar Qasımov məlumat verib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda uşaq futbolunun inkişafı ilə bağlı əsaslı işlər görülüb və son iki ildə Azərbaycanda üç uşaq futbol məktəbi yaradılıb. Qasımov onu da bildirib ki, Təhsil Nazirliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə uşaq futbolunun inkişafı ilə bağlı tədbirlər planı hazırlayıb.

"Bu plana uyğun olaraq, uşaq futbolunun inkişafı ilə bağlı futbol məktəblərinin yaradılması ilə yanaşı, məhəllələrdə futbol meydançaları yenidən qurulur, məktəblərdə futbol dərslərinin keçirilməsi təşkil olunur. Böyük futbolda nəticələr görə bilməyimiz üçün ilk növbədə uşaq futbolunu inkişaf etdirməliyik və bu istiqamətdə işlər artıq başlayıb", - Qasımov əlavə edib.

Nazir müavini deyib ki, uşaq futbolunun inkişafı ilə bağlı AFFA rəhbərliyi də xüsusi tapşırıq verib. Tapşırığa əsasən, hər bir futbol klubu özünün uşaq futbol məktəbini yaratmalıdır.

"Qəbələ"nin və "Neftçi"nin artıq böyük bazaları yaradılır və həmin bazalarda uşaq məktəbləri də var. Yəni həm futbol klubları, həm də dövlət qurumları bu sahədə işlər görür. Biz də təhsil nazirliyi olaraq uşaq futbol məktəblərinin yaradılmasına dəstək veririk", - o deyib.

Qasımov qeyd edib ki, Təhsil Nazirliyi bu işlərə son 2-3 ildə cəlb edilib. O, hesab edir ki, 2-3 il futbolçu yetişdirilməsi üçün qısa zamandır.

"Bu illər ərzində böyük futbolçunun yetişdirilməsi mümkün deyil. Bunun üçün on illərlə vaxt tələb olunur. Uşaq 5-6 yaşlarından futbola cəlb olunmalıdır ki, həmin uşaq gələcəkdə yaxşı futbolçu olsun", - o vurğulayıb.

Nazir müavini bildirib ki, uşaqların futbol məşqlərinin təşkilinə bu idman növündə uğur qazanmış ölkələrin mütəxəssisləri cəlb olunur. Bundan əlavə, İngiltərə və Almaniyanın təcrübəsi əsas götürülərək futbol dərslərinin keçirilməsi üçün xüsusi dərsliklər hazırlanıb.

"Əvvəllər futbol dərsləri kortəbii şəkildə təşkil edilirdi, indi isə bu dərslər beynəlxalq standartlara uyğun olaraq keçirilməyə başlayıb", - Qasımov bildirib.

Xəbər lenti

Xəbər lenti