Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Azərbaycan millisi Belçika kimi güclü rəqiblə oyunu əks-hücümlar üzərində qurdu və nəticəyə nail oldu.Trend-in məlumatına görə, bunu Azərbaycan futbol yığmasının baş məşqçisinin köməkçisi Vəli Qasımov bildirib.
"Azərbaycan yığması müdafiəçidən hücumçuya qədər hamılığla oyunda vuruşdu", - Qasımov deyib.
Vəli Qasımovun sözlərinə görə, ən böyük çətinliklər oyunun birinci hissəsində oldu, lakin Belçikanın hücumları uğurla dəf olundu. O qeyd etdi ki, millimizin qarşıda Qazaxıstanla vacib oyunu var.
"Belçika ilə oyunundan fərqli olaraq, qazaxıstanla oyunda Azərbaycan yığması daha çox hücumda oynayacaq", - Qasımov deyib.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Belçika yığmaları qarşılaşdı. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələndi.