Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Boks üzrə İordaniya yığması dünya çempionatında iştirak etmək üçün bü gün Bakıya gəlir. Trend-in məlumatına görə, bu barədə "PostJordan" qəzeti yazıb.
Milli komandanın heyətində 9 idmançı yer alıb.
Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı Bakıda sentyabrın 22-dən oktyabrın 8-dək keçiriləcək. DÇ-də dünyanın müxtəlif ölkələrindən 700 idmançı qüvvəsini sınayacaq.