...

Sabahdan Bakıda "Gözəllik və estetik tibb" sərgisi işə başlayır

Cəmiyyət Materials 12 Sentyabr 2011 16:29 (UTC +04:00)
Sabahdan Bakıda "Gözəllik və estetik tibb" sərgisi işinə başlayır.
Sabahdan Bakıda "Gözəllik və estetik tibb" sərgisi işə başlayır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Sabahdan Bakıda "Gözəllik və estetik tibb" sərgisi işinə başlayır.

Sentyabrın 13-dən 15-dək Azərbaycanın paytaxtı Bakı şəhərində "Baku Ekspo" sərgi mərkəzində "Beauty Azerbaijan-2011" 5-ci yubiley Azərbaycan Beynəlxalq "Gözəllik və estetik tibb" sərgisi keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə "Iteca Caspian" MMC-dən məlumat verilib.

Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın "ITE Group PLC" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti çıxış edirlər.

Beş il ərzində "Beauty Azerbaijan" sərgisi gözəllik sənayesinin mütəxəssislərini, eləcə də bu sahənin məhsul və xidmətlərindən istifadə edən istehlakçıları hər il bir meydançaya toplayan peşəkar forum statusunu qazanıb. Sərgi ildən-ilə həm iştirakçıların sayı, həm də sərgi sahəsi üzrə göstəricilərdə artım nümayiş etdirir ki, bu da sözügedən layihəyə olan tələbatdan xəbər verir. Sərgiyə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən verilən dəstək onun əhəmiyyətini bir daha sübuta yetirir.

Xəbər lenti

Xəbər lenti