...

Mətbuat Şurasında 6 nəşrlə bağlı məsələlər araşdırılıb (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2011 18:42 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
Mətbuat Şurasında 6 nəşrlə bağlı məsələlər araşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Cümə günü Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. İclasda 6 nəşrlə bağlı məsələlər araşdırılıb və müvafiq rəylər çıxarılıb.

Şuradan Trend-ə verilən məlumata görə, müzakirə edilən məsələlər barədə ətraflı məlumat verən komissiya sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bunlardan ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyasından rəy şəklində, daha 4-ü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub.

Sonra hər məsələ ətrafında müzakirələr aparılıb. Yekdilliklə rəyə gəlinib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının "Qanun: izah və şərhlər" və "Xural" qəzetlərinin adlarının MŞ-nin "qara siyahı"sına salınması ilə bağlı təklifləri buna əsas verən real faktların mövcudluğunu nəzərə alıb.

Vaxtilə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş "Azərbaycan gündəmi" qəzetinin baş redaktorunun vəzifə səlahiyyətindən sui-istifadə etməsi səbəbindən həbsi bu mətbu orqanın adının Şuranın "reket nəşr"lər üçün tərtib etdiyi "qara siyahı"ya salınmasına əsaslar verir.

Komissiya hər üç qəzetin adının MŞ-nin "qara siyahı"sına daxil edilməsi üçün Şuranın İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.

Qurum MŞ-nin "qara siyahı"sında yer alan "Vətəndaş haqqı" qəzetinin siyahıdan çıxarılması ilə bağlı müraciətinə baxaraq, sənəddə ifadəsini tapan məqamları yetərli saymayıb. Bildirilib ki, Şura nəşrin adını "qara siyahı"ya salarkən yanlışlığı qəzet tərəfindən isbatlanmayan faktların mövcudluğunu nəzərə alıb.

İclasda "Yeni hakimiyyət" və "Müstəqil respublika" qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti