...

Ağcaqayın siropu qaraciyər üçün ideal məhsul hesab edilir

Cəmiyyət Materials 19 Sentyabr 2011 14:15 (UTC +04:00)
Yapon alimlər gözlənilməz nəticə əldə ediblər: Kanadanın məşhur ağcaqayın siropu qaraciyərə kömək etməyə qadirdir.
Ağcaqayın siropu qaraciyər üçün ideal məhsul hesab edilir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Yapon alimlər gözlənilməz nəticə əldə ediblər: Kanadanın məşhur ağcaqayın siropu qaraciyərə kömək etməyə qadirdir. Bu barədə Trend UPI.com saytına istinadən yazır. BU, rasionlarındakı karbohidratların bir hissəsi həmin siropla əvəz edilmiş siçovullar üzərində aparılan təcrübə zamanı müəyyən edilib.

Tokio Universitetinin kənd təsərrüfatı və həyat haqqında elmi məsələlərlə məşğul olan mütəxəssisi doktor Keyko Abe deyir: "Yüz faizlik ağcaqayın siropu almış heyvanların sağlamlığı qaraciyərin işinin xeyli yaxşılaşdığını nümayiş etdirir".

Qeyd etmək lazımdır ki, axtarışın nəticələri orta yaşlı, artıq çəkiyə, qanda lipidlərin qeyri-adi dərəcədə yüksək qatılığına, diabet və insulinə qeyri-həssaslıq, metabolik sindrom üçün tipik olan pozuntulara malik adamlar üçün xüsusilə faydalıdır. Məhz onlarda qaraciyərlə bağlı problemlərə daha tez-tez rast gəlinir.

Yüz faizli ağcaqayın siropunun sirri onda antioksidantların, vitaminlərin və mineral maaddələrin görünməmiş qatılığındadır. Kənd təsərrüfatının inkişafı üzrə Kvebek Şurasının dəstəyi ilə çalışan alimlərin sözlərinə görə, bu, cem və digər siroplara nisbətən daha sağlam alternativ ola bilər.

Xəbər lenti

Xəbər lenti