...

Tbilisidə Qara Qarayevin musiqisi səsləndiriləcək

Cəmiyyət Materials 22 Sentyabr 2011 10:29 (UTC +04:00)
Bu gün Tbilisi Konservatoriyasının Böyük zalında Vaxtanq Maçavarianinin rəhbərliyi altında Tbilisi Opera və Balet Teatrının simfonik orkestrinin konserti keçiriləcək.
Tbilisidə Qara Qarayevin musiqisi səsləndiriləcək

Gürcüstan, Tbilisi, 22 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Tbilisi Konservatoriyasının Böyük zalında Vaxtanq Maçavarianinin rəhbərliyi altında Tbilisi Opera və Balet Teatrının simfonik orkestrinin konserti keçiriləcək. Konsert Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Trend-in məlumatına görə, proqramda Aleks Maçavarianinin və Qara Qarayevin əsərləri ifa olunacaq. Vaxtanq Maçavarianinin sözlərinə görə, Qara Qarayevin musiqisi ona çox yaxındır.

Konsertdə "Bayram üvertürası", Maçavarianinin "Otello" baletindən ikinci suita və Qara Qarayevin "İldırımlı yollarla" baletindən suita səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti