...

"Youth in Action" Proqramının 2011-2012-ci illəri əhatə edəcək iş planı müzakirə edilib

Cəmiyyət Materials 24 Oktyabr 2011 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və Avropa Gənclər Forumunun "Youth in Action" Proqramı üzrə ekspert qrupu 2011-2012-ci illəri əhatə edəcək iş planını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Şuradan bildirilib.

İş planında əsas məqsədlər gənclər təşkilatlarını dəstəkləmək, Avropa İttifaqının gələcək formalaşmasına gənclərin cəlb olunması, gəncləri Avropanın demokratik həyatında iştiraka həvəsləndirmək, Avropa Gənlər Fondu və Avropa İttfaqının proqramları (Youth in Action, Lifelong Learning Programme) vasitəsi ilə 2014-2020-ci illərdə stabil maliyyə dəstəyini təbliğ etməkdən ibarətdir.

Tədbirin nəticəsi olaraq "Youth in Action" Proqramı çərçivəsində Avropa Gənclər Forumunun gələcək strategiyasına məsləhətlər, "Youth in Action" Proqramı ilə işləmək və ondan istifadə etmək üçün istiqamətlərin verilməsi, "Youth in Action" Proqramının inkişafının Avropa və milli səviyyələrdə siyasi proseslərdə davam etdirilməsinə nail olmaqdır.

Müzakirələrdə İsveçrə, Polşa, Hollandiya, Belçika, Böyük Britaniya və Azərbaycandan nümayəndələr iştirak edib.

Xəbər lenti

Xəbər lenti