...

Dövlət müəssisələrinin işçilərinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar təsdiqlənib

Cəmiyyət Materials 2 Noyabr 2011 11:24 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nı təsdiqləyib.
Dövlət müəssisələrinin işçilərinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar təsdiqlənib

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"nı təsdiqləyib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 127-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilir.

Qərara görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olmasıdır.

Xəbər lenti

Xəbər lenti