...

İranda çipsi və qarğıdalı reklamı qadağan olunub

Cəmiyyət Materials 8 Noyabr 2011 12:42 (UTC +04:00)
Qanuna əsasən, sağlamlığa ziyan verən məhsulların, o cümlədən çipsi və qarğıdalının KİV-lərdə təbliğ olunması qadağandır və KİV-lər bu məsələyə diqqət etməlidir.
İranda çipsi və qarğıdalı reklamı qadağan olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/

Qanuna əsasən, sağlamlığa ziyan verən məhsulların, o cümlədən çipsi və qarğıdalının KİV-lərdə təbliğ olunması qadağandır və KİV-lər bu məsələyə diqqət etməlidir. Bunu İranın səhiyyə nazirinin müavini Əlirza Misdaqi Niya deyib. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Misdaqi Niya deyib ki, sağlamlığa ziyan vuran məhsulların siyahısı hazırlanıb və aidiyyəti qurumlara göndərilib və həmin qurumlar bu kimi məhsulların təbliğini dayandırmalıdırlar.

O, ölkə marketlərində sağlamlığa ziyanlı olan məhsulların uşaqlara satılması ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti