Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir İ.İsabalayeva/
Sabahdan Azərbaycanda yenidən anomal hava şəraiti hökm sürəcək.
Noyabrın 12-də Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Temperaturun anomal gedişi gözlənir. Belə ki, gecə və gündüz 5-8 dərəcə isti, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 12-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 15-20 dərəcə şaxta təşkil edəcək.