...

Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Cəmiyyət Materials 15 Noyabr 2011 18:22 (UTC +04:00)
Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Ailə və Cinayət məcəllələrinə dəyişikliklər edilib.

Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunub.

Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Ailə Məcəlləsinə edilən dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.

Xəbər lenti

Xəbər lenti