Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir T.Cəfərov/
İngiltərənin futbol millisinin sabiq baş məşqçisi Sven Yoran Eriksson İranın "Perspolis" komandasının baş məşqçisi olacaq. Bu barədə Trend cümə axşamı komandanın rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, Eriksson danışıqlar aparmaq üçün artıq İrana səfər edib. İsveçli mütəxəssis Kiş şəhərində "Perspolis" futbol komandasının rəhbərliyi ilə danışıqlarda ilkin razılıq əldə edərsə, müqavilə imzalamaq üçün Tehrana səfər edəcək.
İngiltərə futbol yığmasının sabiq baş məşqçisi İranın "Perspolis" komandasının sükanı arxasına keçir