...

Penitensiar sistemdə kadr dəyişikliyi olub

Cəmiyyət Materials 27 Dekabr 2011 14:18 (UTC +04:00)
Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi olub.
Penitensiar sistemdə kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 27 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi olub.

Trend-in məlumatına görə, bir müddət öncə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov 17 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

14 saylı müəssisənin rəisinin səlahiyyətlərini müvəqqəti olaraq rəis müavini Nazim Kəngərli icra edir.

Qeyd edək ki, bu ilin iyununda 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov 2 saylı müəssisəyə rəis təyin olunmuşdu.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov Trend-ə məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti