...

Bakıda II Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidənin yeri dəyişdirilib

Cəmiyyət Materials 11 Yanvar 2012 11:09 (UTC +04:00)
Bakının Nəsimi rayonu Bakıxanov küçəsində II Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidənin yeri dəyişdirilib.
Bakıda II Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidənin yeri dəyişdirilib

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir İ.İsabalayeva/

Bakının Nəsimi rayonu Bakıxanov küçəsində II Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidənin yeri dəyişdirilib.

Nəsimi rayon İcra Hakimiyyətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, həmin abidə Zorge parkında Rixard Zorgenin abidəsinin yaxınlığına köçürülüb.

Məlumata görə, abidənin yeri yaşlı insanların yol qəzasına uğramasının qarşısının alınması üçün dəyişdirilib.

İcra Hakimiyyətindən bildiriblər ki, yaşlı insanlar bu abidəni ziyarət etmək üçün iki avtomobil yolu keçməli olurdular. Bu isə onların yol nəqliyyat hadisələri ilə üzləşmək riskini artırırdı.

Abidənin kompoziyası ilə bağlı hər hansı dəyişiklik edilməyib.

Xəbər lenti

Xəbər lenti