...

Qusarda qanunla qadağan olunan dini təriqəti təbliğ edənlər tutulub

Cəmiyyət Materials 21 Yanvar 2012 11:59 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən yanvarın 20-də rayon ərazisində kirayədə yaşayan Quba şəhər sakinləri Xəyyam Ələkbərovun və Orxan Şixməmmədovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edərək rayon sakinləri Bəhruz Heydərovu, Şahin Hacıverdiyevi və Fərman Pirimovu oraya cəlb etmələri müəyyən edilib.
Qusarda qanunla qadağan olunan dini təriqəti təbliğ edənlər tutulub

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qusarda qanunla qadağan olunan dini təriqəti təbliğ edənlər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən yanvarın 20-də rayon ərazisində kirayədə yaşayan Quba şəhər sakinləri Xəyyam Ələkbərovun və Orxan Şixməmmədovun qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edərək rayon sakinləri Bəhruz Heydərovu, Şahin Hacıverdiyevi və Fərman Pirimovu oraya cəlb etmələri müəyyən edilib.

Həmin evə baxış zamanı onlara məxsus türk və rus dillərində çap edilmiş 40 ədəd dini kitab, 6 ədəd DVD diski və 1 ədəd "Bilayn" nömrəsi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti