...

Baş Prokurorluq Abşeron rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb

Cəmiyyət Materials 24 Yanvar 2012 15:43 (UTC +04:00)
Baş Prokurorluq Abşeron rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluq Abşeron rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Abşeron rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 1982-ci il təvəllüdlü İmanov Bayram Şavaqat oğlunun döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına daxil olması və aldığı xəsarətdən orada ölməsi faktına görə Abşeron rayon prokurorluğunda yanvarın 18-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1988-ci il təvəllüdlü Hüseynov Elgün Müxtəsər oğlu tərəfindən törədilməsi müəyyən edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, yanvarın 18-də saat 08:30 radələrində Abşeron rayonu, Görədil qəsəbəsi, Yeni yaşayış massivi ərazisində inşa edilməkdə olan evin həyətində yardımçı tikilidə Elgün Hüseynov tanışı - Bayram İmanova şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla döş qəfəsinə xəsarət yetirib.

Sonuncu Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törətməkdə şübhəli bilinən Hüseynov elə həmin gün tutularaq istintaqa cəlb edilib və yanvarın 20-də ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti