...

Ramiz Zeynalov VAZ markalı avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulmasına münasibət bildirib

Cəmiyyət Materials 10 Fevral 2012 09:45 (UTC +04:00)
Sürücülər öz həyatlarını qorumaq naminə təhlükəsizlik qaydalarına cavab verən avtomobilləri idarə etməlidirlər, Trend-in məlumatına görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov “Azərbaycan” qəzetinə müsahibəsində “VAZ” markalı avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulması ilə bağlı sualını cavablandırarkən deyib.
Ramiz Zeynalov VAZ markalı avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulmasına münasibət bildirib

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir K.Zərbalıyeva/

Sürücülər öz həyatlarını qorumaq naminə təhlükəsizlik qaydalarına cavab verən avtomobilləri idarə etməlidirlər, Trend-in məlumatına görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov "Azərbaycan" qəzetinə müsahibəsində "VAZ" markalı avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulması ilə bağlı sualını cavablandırarkən deyib.

Əslində, Azərbaycanda ölkəyə idxal edilən nəqliyyat vasitələrinə məhdudiyyətlər olduğunu deyən idarə rəisi hesab edir ki, özünün və ailəsinin təhlükəsizliyinə hörmət edən hər bir sürücü texniki problemləri olan nəqliyyat vasitələrini idarə etməməlidir.

"Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 45 nömrəli qərarına əsasən 2010-cu ilin iyul ayının 1-dən etibarən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə AVRO-2 ekoloji normalarının tətbiqi ilə əlaqədar bu normalara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkə ərazisinə idxalına məhdudiyyət qoyulub", o deyib.

Zeynalov bildirib ki, bu avtomobillərə adətən öz sahibləri tərəfindən texniki qulluğun göstərilməsi yetərli olmur, onlar çox hallarda texniki baxışdan da simvolik keçməyə çalışırlar.

Bu problemi aradan qaldırmaq üçün müvafiq tədbirlər görüldüyünü deyən Zeynalov qeyd edib ki, artıq avtomobillərə texniki baxış proseduru regional qaydada mərkəzləşdirilib.

"Bu ildən etibarən qanunverciliyin tələblərinə uyğun olaraq texniki baxış yalnız tam şəkildə müvafiq şərait yaradılmış xüsusi məntəqələrdə keçirilir. Bu, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınmasına xidmət edir və şəffaflığın təmin olunmasına, neqativ halların aradan qalxmasına şərait yaradır", o vurğulayıb.

Qeyd edim ki, ötən il Bakı şəhərində avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası da istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti