...

Bakıya yenidən qar yağır

Cəmiyyət Materials 5 Mart 2012 07:26 (UTC +04:00)
Bazar ertəsi səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.
Bakıya yenidən qar yağır

Azərbaycan, Bakı, 5 mart / Trend /

Bazar ertəsi səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, martın 4-dən 5-nə keçən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilirdi.

Günün ikinci yarısında əsasən yağmursuz. Şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.

Martın 5-də ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1° şaxtadan 3° dək isti. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti