...

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub

Cəmiyyət Materials 6 Mart 2012 15:34 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorunun müavini təyin olunub.
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir K.Zərbalıyeva/

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorunun müavini təyin olunub.

Baş prokurorun digər köməkçisi Rasim Hacıyev isə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti