...

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə təqdim edilib

Cəmiyyət Materials 7 Mart 2012 14:38 (UTC +04:00)
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə təqdim edilib.
Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə təqdim edilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı yeni layihə təqdim edilib.

Trend-in məlumatına görə, bu gün "Gənclər Evləri ətraf mühitlə bağlı məsələlərdə gənclərin iştirakının gücləndirilməsi üçün platformadır" layihəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd edib ki, Azərbaycan gənclərinin bu layihə vasitəsi ilə həyata keçirəcəkləri iş, yəni ətraf mühitin qorunması çox vacibdir.

"Bu layihə gənclərə ətraf mühitin qorunması istiqamətində yeni layihələr hazırlayıb həyata keçirməyə imkan verəcək. Gəncləri bir araya gətirmək üçün gənclər evinin verdiyi imkanlardan istifadə etmək çox mühümdür. Bu layihə gənclərin ərtaf mühitin qorunması ilə bağlı biliklərini artıracaq", - Herevard deyib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronald Kobia bildirib ki, artıq Aİ ətraf mühitin qorunması üzrə Azərbaycanla çox səmərəli əmkdaşlıq edir.

"Azərbaycan ətraf mühitlə bağlı 6 regional layihədə iştirak edir. Bu layihə isə Azərbaycan ilə Aİ arasında bütün ölkə üçün faydalı olacaq bir istiqamətdə əməkdaşlıqda yeni mərhələ olacaq", - Kobia deyib.

O qeyd edib ki, Azərbaycanın ətraf mühit qorunması sahəsində geniş potensialı var.

Hadı Rəcəbli öz çıxışında proqramın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyib.

O bildirib ki, layihə, ətraf mühitin qorunmasında gənclərin rolunu artıracaq və bu istiqamətdə görülən işlərdə yeni bir səhifə açacaq.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənclər və ətraf mühit bir-birinə bağlıdır.

"Gənclərin hər zaman ətraf mühit mövzusunda marifləndirilməsi, onların bu istiqamətdə həyata keçirilən layihələrə cəlb edilməsi mühüm bir məqamdır. Bu gün Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı kifayət qədər layihələr həyata keçirilir və bu işlər davam etdiriləcək", - Babayev deyib.

O qeyd edib ki, gənclər evləri gənclər təşkilatları üçün açıq elan edilib.

Layihə çərçivəsində Avropa İttifaqı, YUNİSEF və Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) gənclərin ətraf mühitlə bağlı aspektlər üzrə məlumatlılığını artırmaq və onların təbii sərvətlərin müdafiə və idarə olunmasında iştirakını gücləndirmək üçün öz səylərini birləşdiriblər.

Layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın Lənkəran, Sabirabad, Yevlax, Goranboy və Göygöl rayonlarının yerli icra hakimiyyəti orqanları ilə tərəfdaşlıqda həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti