Azərbaycan, Bakı, 7 mart / Trend müxbir K.Zərbalıyeva/
Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanacağı gözlənilir.
Millət vəkili, Prezident yanında Əfv Komissiyasının üzvü Elmira Axundova çərşənbə günü Trend-ə bildirib ki, dünən və bu gün Komissiyanın iclasları keçirilib. Gələn həftə də növbəti iclasın keçirilməsi nəzərdə tutulub.
Komissiya daxil olan müraciətləri araşdırıb yekun siyahını müəyyənləşdirəcək.
Əfv Komissiyası müraciətləri araşdırır
Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanacağı gözlənilir.
