...

Azərbaycan ombudsmanı parlamentdə yeni komitənin yaradılmasını təklif edib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Mart 2012 18:13 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisdə ailə, qadın və uşaq komitəsinin yaradılmasını istəyir.
Azərbaycan ombudsmanı parlamentdə yeni komitənin yaradılmasını təklif edib (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra ombudsmanın fikirləri əlavə olunub (ilk xəbər saat 17:51-də yayılıb)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisdə ailə, qadın və uşaq komitəsinin yaradılmasını istəyir.

Trend-in məlumatına görə, çərşənbə axşamı uşaq hüquqlarına dair keçirilən konfransda bu təkliflə çıxış edən Süleymanova hesab edir ki, həmin komitənin yaradılması ilə qadın və uşaq hüquqlarının qorunması işi daha da güclənəcək.

Süleymanova jurnalistlərə bildirib ki, belə bir komitənin yaranması zəruridir. "Qəbul edilən qanunlarda uşağa, qadına və ailəyə aid müddəlar öz əksini tapsaydı, faydalı olardı", - o deyib.

Ombudsman, həmçinin, uşaq və qadın büdcəsinin yaradılmasını təklif edib. O bildirib ki, BMT dövlətlər qarşısında belə bir məsələ qoyub ki, xüsusi olaraq uşaq və qadın büdcəsi olsun.

"Müvafiq strategiyalar və dövlət proqramlarının həyata keçirilməsində belə bir büdcənin olması zəruridir", - Süleymanoa əlavə edib.

Xəbər lenti

Xəbər lenti