...

Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının mitinqi keçirilib

Cəmiyyət Materials 17 Mart 2012 16:21 (UTC +04:00)
Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının şənbə günü nəzərdə tutulan mitinqi baş tutub.
Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının mitinqi keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının şənbə günü nəzərdə tutulan mitinqi baş tutub.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin Bakının Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində sürücülük məktəbinin həyətindəki meydançada təşkil etdiyi icazəli mitinq insidentsiz ötüşüb.

Mitinqdə 300-ə yaxın müxalifətçi gənc iştirak edib.

Komitəyə Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının gənclər təşkilatları, o cümlədən "Nida" Vətəndaş Hərəkatı, "Dalğa", "Azad", "Müsbət Dəyişiklik" gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir.

Mitinqin sonunda qətnamə qəbul olunub.

Aksiya konsert proqramı ilə davam etdirilib.

Aksiyanın sonunda gənc rok qrupunun çıxışı olub və bu çıxış fitnəkar xarakteri daşıyıb və ədəbsiz fikirlərlə müşayiət olunub. Nəticədə bu mitinqin iştirakçıları arasında qarşıdurmaya gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti