...

"Azərbaycana səyahət" silsiləsindən növbəti reportaj (VİDEO)

Cəmiyyət Materials 2 Aprel 2012 14:48 (UTC +04:00)
"Azərbaycana səyahət" silsiləsindən növbəti reportaj Azərbaycan mətbəxinə həsr olunub.
"Azərbaycana səyahət" silsiləsindən növbəti reportaj (VİDEO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycana səyahət" silsiləsindən növbəti reportaj Azərbaycan mətbəxinə həsr olunub.

Trend bazar ertəsi eurovision.az saytına istinadən məlumat verir ki, Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupunun hazırladığı bu reportajda usta aşbazlar tamaşaçıları Azərbaycan mətbəxinin sirləri, ləziz yeməkləri ilə tanış edirlər.

Süjetdə plov, dolma, ləvəngi, saciçi kimi milli xörəklər və şərbətin hazırlanma qaydası, süfrə mədəniyyəti və Azərbaycanın qonaqpərvərliyindən bəhs edilir.

Qeyd edək ki, işçi qrupunun Eurovision TV ilə birlikdə reallaşdırdığı "Azərbaycana səyahət" layihəsi çərçivəsində bundan əvvəlki süjetlərdə xalça sənətimiz, İçərişəhər, Novruz bayramı haqqında materiallar yayımlanıb.

Xəbər lenti

Xəbər lenti