...

İranda jurnalistlər üçün xüsusi kilinik xəstəxana istifadəyə verilib

Cəmiyyət Materials 9 Aprel 2012 11:48 (UTC +04:00)
İranda jurnalistlər üçün xüsusi kilinik xəstəxana istifadəyə verilib. Kilinik xəstəxanada xidmət jurnalistlər üçün pulsuz olacaq.
İranda jurnalistlər üçün xüsusi kilinik xəstəxana istifadəyə verilib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir T.Cəfərov/

İranda jurnalistlər üçün xüsusi kilinik xəstəxana istifadəyə verilib. Kilinik xəstəxanada xidmət jurnalistlər üçün pulsuz olacaq. Bunu İranın səhiyyə naziri xanım Mərziyyə Dəstcerdi bu gün kilinik xəstəxanın açılışı mərasimində deyib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.

Dəstcerdi bildirib ki, jurnalistlər kilinik xəstəxananın xidmətlərindən jurnalist olduqlarına dair kartı təqdim etməklə istifadə edə və onlar hər 6 aydan bir bu xəstəxanada çekap müayinə oluna bilərlər.

O əlavə edib ki, kilinik xəstəxanada radioloji, mamalıq və ginekologiya, ürək-damar, dəri və zöhrəvi xəstəliklərinin müalicəsi, cərrahi, plastik əməliyyatlar və digər tibbi xidmətlər göstəriləcək.

Dəstcerdi bildirib ki, jurnalistlərin ailə üzvləri də həmin kilinik xəstəxananın xidmətlərindən dövlət rüsumu ödəmklə yararlana bilərlər.

Onun sözlərinə görə, xəstəxana 24 saat fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti