Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov /
Payızda Azərbaycanın Nəqliyyat Nazirliyi Bakıda müasir parkinq sisteminin yaradılması üzrə tender elan edəcək. Bu barədə Trend-ə tenderdə iştirak etmək istəyən şirkətdəki mənbə bildirib.
Onun sözlərinə görə, bu layihəyə müasir informasiya-telekommunikasiya sistemləri əsasında işləyəcək 100-ə yaxın park daxil olacaq.
"Tender ilin ikinci yarısında, çox güman ki, payızda elan ediləcək", - mənbə deyib.
Onun sözlərinə görə, layihə 1,5 il ərzində reallaşdırılacaq.
Bakı sürücülərinə şad xəbər : Paytaxtda müasir parkinq sistemi yaradılacaq
Payızda Azərbaycanın Nəqliyyat Nazirliyi Bakıda müasir parkinq sisteminin yaradılması üzrə tender elan edəcək. Bu barədə Trend-ə tenderdə iştirak etmək istəyən şirkətdəki mənbə bildirib