...

Azərbaycanda ictimai nəqliyyat üçün vahid ödəniş kartları sistemi yaradılır

Cəmiyyət Materials 29 Aprel 2012 09:00 (UTC +04:00)
2012-ci ilin ikinci yarısında Azərbaycan Nəqliyyat Nazirliyi Bakının ictimai nəqliyyatında vahid ödəniş kartları sisteminin yaradılması üzrə tender elan edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə bildirib.
Azərbaycanda ictimai nəqliyyat üçün vahid ödəniş kartları sistemi yaradılır

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin ikinci yarısında Azərbaycan Nəqliyyat Nazirliyi Bakının ictimai nəqliyyatında vahid ödəniş kartları sisteminin yaradılması üzrə tender elan edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə bildirib.

Onun sözlərinə görə, sistem avtobusları və Bakı metrosunu əhatə edəcək.

"Bu, ictimai nəqliyyat növlərində, xüsusən avtobus və metroda gediş haqqının ödənişini təmin etməyə imkan verəcək", - mənbə qeyd edib.

Onun sözlərinə görə, tətbiq prosesi də daxil olmaqla, layihənin reallaşdırılması iki il vaxt apara bilər.

Xəbər lenti

Xəbər lenti