...

Azərbaycan və Qırğızıstan arasında gənclər və idman sahəsində sənəd imzalanıb

Cəmiyyət Materials 30 Aprel 2012 17:18 (UTC +04:00)
Bişkək şəhərində bazar ertəsi Azərbaycan və Qırğızıstan arasında gənclər və idman sahəsində sənəd imzalanıb.
Azərbaycan və Qırğızıstan arasında gənclər və idman sahəsində sənəd imzalanıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Bişkək şəhərində bazar ertəsi Azərbaycan və Qırğızıstan arasında gənclər və idman sahəsində sənəd imzalanıb.

2012-2013-cü illəri əhatə edən tədbirlər planı haqqında sənədi Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev və Qırğızıstanın gənclər, məşğulluq və əmək naziri Aliasbek Alimkulov imzalayıblar. Bu barədə Trend-ə Gənclər və İdman Naziriliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər planına Qırğızıstanda Azərbaycan, Azərbaycanda Qırğız gəncləri günlərinin keçirilməsi, əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə "Dostluq düşərgələri"nin yaradılması, müxtəlif sərgilərin, treninqlərin, "dəyirmi masa"ların, daimi telekörpülərin keçirilməsi və s. daxildir.

Xəbər lenti

Xəbər lenti