Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, dərsliklərin növbəti nəşrlərində Şuşa şəhərinin tarixi barədə ayrıca məlumat veriləcək.
Nazir hesab edir ki, Şuşa şəhəri haqqında məlumatların dərsliklərə salınması gələcək nəsillərin bu şəhər haqqında ətraflı məlumat almasında mühüm rol oynayacaq.
Azərbaycanda Şuşanın tarixi haqqında bütün məlumatlar dərsliyə salınacaq
Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır.
